mugenni 23

Müğənni Turxan Əliyev və rəqqasə Aytən Abdullayevanın qazdan zəhərləndikləri ehtimal olunur.

*** 14:44

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Ölümün səbəbləri araşdırılır.

APA-nın məlumatına görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

reqqase0 mugenni 232

Paylaş: