Türkiyənin bir sıra vilayətlərində sabah orta məktəblərdə dərs olmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, buna səbəb əlverişsiz hava şəraitidir. Belə ki, bölgədə davam edən kəskin hava şəraiti ilə əlaqədar sabah yolların buz bağlayacağı xəbərdarlığı edilib.
Bu səbəbdən dolayı yanvarın 2-də Türkiyədə dərslər birgünlük dayandırılacaq.
Aysel Əliyeva
Globalinfo.az