esedddd

Suriya hökuməti 2024-cü ilin dekabrında devrilmiş prezident Bəşər Əsədin ailəsinin təsvirlərini əsginaslardan silib.

Globalinfo.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Bunun əvəzinə, əsginaslarda ölkənin kənd təsərrüfatının simvolları olan zeytun, qızılgül, portağal və buğda təsvir olunub. Yeni valyutanın təqdimatında Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqədr Xusri qeyd edib ki, yeni əsginaslar yanvarın 1-də dövriyyəyə buraxılacaq”, – deyə bildirilib.

Suriya Prezidenti Əhməd əl-Şara qeyd edib ki, bu, inkişafın yeni dövrünün başlanğıcıdır.

esed

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: