qezaa

“Ankarada qəzaya uğrayan təyyarənin göyərtəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla səkkiz nəfər olub. Ekipaj üzvləri Fransa vətəndaşları idi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

“İlkin məlumatlara görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra elektrik nasazlığı baş verib. Pilotlar hava nəqliyyatının idarə olunmasına məlumat verdikdən sonra geri qayıtmağa çalışıblar, lakin təyyarə paytaxtın cənubunda yerləşən Haymana şəhəri yaxınlığında qəzaya uğrayıb”, – deyə bildirilib.

Qeyd edək ki, dekabrın 23-də axşam saat 20:10-da Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan, quyruq nömrəsi 9H-DFJ olan Falcon-50 tipli biznes jeti ilə saat 20:52 radələrində əlaqə kəsilmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: