IMG 9624

Liviya Baş Qərargah rəisi generalpolkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla 5 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı irəli sürülən iddia böyük rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qəzanın Liviyadakı türk hərbçilərinin xidmət müddətinin 2 il uzadılmasından dərhal sonra baş verməsi təxribat iddialarını gündəmə gətirib.

Bildirilib ki, qəza Türkiyənin üç düşməni – Yunanıstan, İsrail və Cənubi Kiprin toplantı keçirdiyi gün baş verib.

Təxribat iddiasını irəli sürən çoxsaylı mütəxəssislər hazırda əllərində konkret dəlillərin olmadığını, lakin zamanla üzə çıxması ehtimal olunan sübutlar sayəsində hadisənin aydınlaşdırılacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, təyyarədə Liviya Baş Qərargah rəisi Əl-Həddadla yanaşı, Quru Qoşunları Komandanı general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesi İdarəsinin rəisi briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da olub. Liviya Baş naziri təyarədəkilərin həlak olduğunu açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: