“Türkiyə ilə uzun illərdir müxtəlif sənədlər imzalansa da, indiyədək nümunəvi birgə universitetin yaradılmasına nail olmamışıq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib.
“Hərbi və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf etsə də, təhsil sahəsində razılaşmaların real tətbiqi hələ də istənilən səviyyədə deyil. Yəni imzalanan sənədlər praktik nəticələrlə müşayiət olunmur.
Peşə təhsili sahəsində daha effektiv əməkdaşlıq edilə biləcək ölkələr əsasən Almaniya və digər Avropa dövlətləridir. Çünki həmin ölkələrdə peşə təhsili tamamilə fərqli və daha səmərəli model əsasında qurulub. Nümunəvi Türkiyə–Azərbaycan Universitetinin yaradılması istiqamətində müəyyən addımlar atılsa da, bu təşəbbüsü cəmiyyət üçün populyar bir ali təhsil müəssisəsinə çevirmək mümkün olmayıb”, – F.Mustafa bildirib.
Safura Bənnayeva
Globalinfo.az