bunker lvov ukrayna

Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli hərbi bazası aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Qəle-yi Əlməziq” kanalı məlumat və video paylaşıb.

7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb.

“İranlılar və onlara bağlı “Fatimiyyun” briqadası İraq sərhədi yaxınlığında geniş və mürəkkəb tunel şəbəkəsi qurublar”, – məlumatda bildirilib.

Yayılan videoda nəqliyyat vasitələrinin hərəkət etdiyi və Hizbullaha silah qaçaqmalçılığı üçün əsas yol hesab edilən böyük tunellər göstərilir.

Paylaş: