Rusiya hökuməti Müdafiə Nazirliyinə bir sıra Avropa İttifaqı ölkələri ilə 1990-cı illərdə bağlanan beynəlxalq müqavilələri ləğv etmək səlahiyyəti verib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı 3810-r nömrəli müvafiq sərəncam hüquqi aktların rəsmi nəşr portalında dərc olunub.
Sənədə əsasən, Almaniya, Polşa, Rumıniya və Çexiya ilə yanaşı, digər bəzi ölkələrlə imzalanan razılaşmaların qüvvədən salınması nəzərdə tutulur. Həmin müqavilələr 1992–2002-ci illər arasında bağlanıb.
Ləğv edilən sənədlər siyahısına Bolqarıstanla imzalanan müqavilələr, eləcə də Birləşmiş Krallıqla müdafiə məsələləri üzrə anlaşma memorandumu da daxildir. Qərarın konkret icra mexanizmləri və nəticələri barədə əlavə detallar açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az