pasinyan yeni 78 900x506 1

Azərbaycan neft məhsulları Ermənistana gəlir və mən bu inkişafı alqışlayıram”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Təmiz ticarət özəl şirkətlər arasında baş verir, amma təbii ki, bu ticarət üçün şərait yaradan ErmənistanAzərbaycan arasında bərqərar olan sülhdür”, – deyə qeyd edib.

Paşinyan dəqiq miqdarla bağlı təfərrüata malik olmadığını deyib:

“Bilirəm ki, Gürcüstan dəmiryolu tarifi ilə bağlı müəyyən məsələlər var. Ümid edirəm, bunlar həll olunacaq, yaxud həll olunmazsa, iqtisadi subyektlər idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaqlar”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: