2021 10 21T000154Z 1477973918 RC20EQ9M0KNP RTRMADP 3 NATO RUSSIA pic 32ratio 900x600 900x600 31855 1

NATO Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO Müdafiə Kollecinin (NDC) son icmalında qeyd olunub.

“Rusiyanın inteqrasiya olunmuş dəniz gücünün inkişafı onun siyasətinin əsas xüsusiyyətidir. Bu, Kremlin geoiqtisadi qarşıdurma dövründə özünü lider kimi göstərməsinə imkan verir”, – deyə bildirilib.

NATO analitikləri əlavə ediblər ki, potensial böhran ssenariləri çox vaxt Baltik dənizindən Qara dənizlərinə qədər tək bir strateji istiqamətdə eskalasiyaya yönəlib.

Qeyd edək ki, bundan əvvəl Alyansın baş katibi Mark Rutte “Babalarımızın yaşadığı müharibəyə bənzər bir müharibəyə hazırlaşmalıyıq”, deyə bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: