“Ukraynanın Baş naziri Yuliya Sviridenko Andrey Yermakın istefasını tələb edən siyasətçilərin sırasında yer alıb”.
Globalinfo.az xəbər verir ki, “Ukrainska pravda” məlumat yayıb.
“Sviridenko iyul ayında “Yermakın adamı” olsa da, ona sadiq olmaqdan imtina etdi. Belə ki, o, Radanın spikeri Ruslan Stefançukla birlikdə Yermakın istefasını müzakirə etmək üçün gizli görüşdə iştirak edib. Məxfi iclas Stefançukun ofisində baş tutub və nəticədə Prezident Volodimir Zelenskiyə telefon zəngi edilib. O zaman Yermak artıq komandadakı hər kəslə fikir ayrılığına düşmüşdü”.
Bildirilib ki, Ukrayna prezidenti ilə telefon danışığı zamanı hər bir həmsöhbət Yermakın niyə işdən çıxarılmasına dair öz mövqeyini izah edib:
“Zelenski parlament nümayəndələrinin, hökumət rəsmilərinin və partiya liderlərinin vahid mövqeyini diqqətdən kənarda qoya bilməzdi. Yermakın özü də baş verənlərdən xəbər tutaraq sözügedən şəxslərin mesajlarına cavab verməyib”.
Qeyd edək ki, Ukrayna Prezidenti administrasiyasının keçmiş rəhbəri Andrey Yermak barəsində cinayət işi açılıb. O, 28 noyabrda evində korrupsiya şübhəsi ilə aparılan axtarışlardan sonra istefa verib.
Əliyar Xəlil
Globalinfo.az