694a93928644f694a9392864501766495122694a93928644d694a93928644e

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və müdafiə naziri Marhef Əbu Kasra Rusiya ilə danışıqlar aparmaq üçün Moskvaya gediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata görə, xarici işlər naziri Əsəd əş-Şibani, müdafiə naziri general-mayor Marhef Əbu Kasra, eləcə də Baş Kəşfiyyat İdarəsinin nümayəndələri Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Rusiya paytaxtı Moskvaya yollanıblar.

Səfərlə bağlı təfərrüat açıqlanmır.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: