f6990e966f36cfe99115854325b1d3f6

Rusiyanın Ankaradakı müvəqqəti işlər vəkili Aleksey İvanov Türkiyə Xarici İşlər Nazirliyində keçirilən görüşdə iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

Görüşdə Qara dənizdə tankerlərə edilən hücumlar müzakirə olunub. Rusiya tərəfi danışıqların detalları barədə məlumat verməyib:

“Belə bir görüş doğrudan da baş tutub, lakin Rusiya diplomatiyası ənənəsinə uyğun olaraq tərəfdaşlarla aparılan danışıqların təfərrüatları açıqlanmır”, – deyə səfirlikdən bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: