Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik Qara dənizdə gəmilərə edilən hücumları tamamilə qəbuledilməz adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, mövzu ilə bağlı “Habertürk”ə danışıb.

Çəlik bildirib ki, bu cür hücumlar Türkiyənin də yerləşdiyi regiona ciddi təhlükə yaradır.

Onun sözlərinə görə, Qara dənizdə nəqliyyatın təhlükəsizliyinə zərbələr təkcə Türkiyəyə deyil, bütün ölkələrə mənfi təsir göstərə bilər və logistikanın pozulması böyük risklər doğurur.

Ankara hazırda vəziyyətin gərginləşməməsi üçün məsələni bütün tərəflərlə müzakirə edir.

Xatırladaq ki, dekabrın 2-də Qara dənizdə Türkiyə sahilləri yaxınlığında Rusiya bayraqlı Midvolqa-2 tankerinə pilotsuz uçuş aparatı ilə hücum edilib. Günəbaxan yağı daşıyan gəmi Rusiyadan Gürcüstana gedirmiş. Hücum nəticəsində gəmiyə zərər dəydiyi, insan tələfatı olmadığı bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: