369562 1200

Qambiya bayrağı altında üzən “Kairos” adlı tanker Qara dənizdə, Türkiyə sahillərindən 28 mil məsafədə yanğına məruz qalıb. Yanğının xarici təsir nəticəsində baş verdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik İdarəsi məlumat yayıb.

Məlumata görə, Novorossiysk limanına yüksüz gedən tankerdə yanğın baş verib. Gəmidə olan 25 nəfərlik heyətin vəziyyəti normaldır.

Hadisə yerinə sahil mühafizəsi, təcili tibbi yardım və digər müvafiq xidmətlər cəlb olunub. Ekipajın təxliyəsinə hazırlıq görülür.

Плывущий в Новороссийск танкер загорелся у берегов Турции

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: