cahit bagci

Zəlzələ bölgəsində ailəsini itirmiş uşaqların xaricdə övladlığa verilməsi mümkün deyil.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı brifinq zamanı deyib.

O bildirib ki, hazırda zəlzələ yerində Azərbaycanın ki səhra xəstəxanası fəaliyyət göstərir.

“Yaralıların Azərbaycana gətirilərək müalicə etdirilməsi mümkündür. Lakin ötən gün gətirilən uşaqlar ailələri olan yaralılardır. Xaricə övladığa verilmə dediyim kimi mümkün deyil”, – səfir vurğulayıb.

X X X

Bu günə qədər Azərbaycandan Türkiyəyə zəlzələ ilə əlaqədar 25 minə yaxın adyal, 441 ton tibbi ləvazimat, 1297 ədəd generator göndərilib.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı brifinq zamanı deyib.

O bildirib ki, həmçinin 6240 ədəd qızdırıcı, ümumiyyətlə 737 ton qida məhsulu göndərilib.

Səfir vurğulayıb ki, həmçinin 6240 ədəd qızdırıcı, ümumiyyətlə 737 ton qida məhsulu göndərilib: Özəlliklə Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi bütün imkanlarını səfərbər edib və Türkiyənin əmrinə verib. Zəlzələ bölgəsinə ilk çadır və isidicilər Azərbaycandan gətirilmişdi”.

X X X

Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin göstərişi ilə hərəkətə keçib.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mətbuat konfransında deyib.

“Zəlzələnin səhəri gün fövqəladə hallar naziri hörmətli Kəmaləddin Heydərov mənə zəng vuraraq zəlzələ bölgəsinə göndərilmək üçün axtarış-xilasetmə qrupunun hazır olduğunu bildirdi. Qeyd etdi ki, heyət qısa müddət sonra artıq hava limanına yola düşəcək. Zəlzələ baş verəndən heç 6 saat keçməmiş artıq heyət Türkiyəyə yola düşdü. Eyni gün içərisində toplam 3 təyyarədə 400-dən çox heyət Türkiyəyə göndərildi”.

X X X

Qardaş Azərbaycanda – Şəkidən Astaraya, Bakıdan Zəngilana kimi ürəklər Türkiyə ilə döyündü.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kimin gücü nəyə çatırsa, Türkiyəyə göndərib.

Paylaş: