Ukrayna Silahlı Qüvvələrinin (UAF) ehtiyatları təcili olaraq Krasnoarmeyskdən (Ukrayna adı: Pokrovsk) Zaporojyeyə köçürülməldir.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qanunvericilik məclisinin üzvü Maksim Zubarev məlumat yayıb.
Zubarev vurğulayıb ki, Rusiya qoşunları Zatişiyeni nəzarətə götürdükdən və Huliaipole ətrafına daxil olduqdan sonra Ukrayna Silahlı Qüvvələri təcili olaraq ehtiyatları Zaporojyeyə köçürməlidir.
“Onlar çox güman ki, Zaporojyeyə yaxınlaşanda yeni müdafiə xətti yaratmağa çalışacaqlar”, – o deyib.
Tahir Turan
Globalinfo.az