Bakıda binanın damına çıxan 51 yaşlı kişi ölüb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən paytaxtın Nizami rayonu Qafqaz küçəsi 38 ünvanındakı binada baş verib.
Binanın damında təmir işləri görən Ucar rayon sakini, 51 yaşlı Şamil Cəbrayıl oğlu İsmayılov qəfil vəfat edib.
Məlum olub ki, o, elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Malik
Globalinfo.az