Bakıda 23 yaşlı sürücü qəza törədərək ölüb.
Globalinfo.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, fevralın 13-ü saat 02 radələrində 2000-ci il təvəllüdlü Rauf Məmmədovun idarə etdiyi “Nissan Sentra” markalı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.
Avtomobilin ərazidə olan parkdakı ağaca dəyməsi nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.