İslam Oyunları: Taekvondoçumuz bürünc medal qazanıb

İslam Oyunları: Taekvondoçumuz bürünc medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

Globalinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov üçüncülük uğrunda mübarizədə Kot-d’İvuarlı Issa Diakite ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İdmançımız bu nəticə ilə bürünc medala sahib çıxıb.