kumpir ve midye faciasinda tablo agirlasiyor 19252218 4709 m

Almaniyadan İstanbula tətilə gələn 4 nəfərlik ailənin iki övladı – 3 yaşlı Masal və 6 yaşlı Kadir Muhammet noyabrın 13-də yedikləri kumpir və midyedən zəhərlənərək həyatlarını itiriblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, uşaqların anası da bu gün vəfat edib. Atanın vəziyyəti ağır olaraq qalır.

Polis əməkdaşlarının apardığı araşdırmada ailənin İstanbula gəldikdən sonra Ortaköydə bir küçə satıcısından midyə və bir restorandan yemək aldığı müəyyən edilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, kumpir və midye son vaxtlar paytaxt Bakıda da geniş istehlak edilir.

kumpir ve midye faciasinda tablo agirlasiyor 19252218 6059 m

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: