km

“Bir həqiqəti yazmağı özümə borc bilirəm. Hərbi əməliyyatlar başlayanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 xüsusi təyinatlının seçilməsi tapşırığı verilir. Sırada 600 nəfər dayanır. Komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” deyir. Və həmin an – 600 nəfərin hamısı eyni anda önə çıxaraq “Hazırıq!” deyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində yazıb.

O, müharibəyə yollanan həmin xüsusi təyinatlının 29-nun Şuşa uğrunda döyüşlərdə şəhid olduğunu vurğulayıb.

“Bu, sadəcə bir seçim deyildi. Bu, Vətənə sədaqətin ölçüsüz nümunəsi idi. Həmin igidlərdən 29-u Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Onların hər biri bu xalqın şərəf salnaməsinə adı yazılan qəhrəmanlardır”, deyə, – DİN rəsmisi qeyd edib.

e3545a35 9602 4edc beb1 aca0ae94d427
f071d553 ede4 4ce3 bda4 bb203f59838e

Paylaş: