Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Qeyd edək ki, Dadaş Dadaşbəyli (109 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında üç qızıl, Tailandda təşkil olunan Dünya Kubokunda üç gümüş, Bəhreyndə baş tutan dünya çempionatında isə bir gümüş medal qazanıb. Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu olub.
Xatırladaq ki, Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.














