bn0

Polis əməkdaşları və Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.

Globalinfo.az xəbər verir ki, əvvəlcə Ramana qəsəbəsində seçilmiş ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra polis əməkdaşları və hərbi qulluqçular yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər.

Tinglərin  küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

cc399888 eecc 485c a00b c2b48ca2c311
6ad0e75e a7ad 4082 9105 e56abadf4d0f

Paylaş: