owl detail 620 b70b4fb5732abf4e6dcfe8dcd516d52b

Azərbaycan futbolunun tarixində daha bir möhtəşəm gecə yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, “Qarabağ” Çempionlar Liqasının IV turunda İngiltərənin nəhəng klubu “Çelsi” ilə 2:2 hesablı bərabərliyə imza atıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş gərgin mübarizə şəraitində keçib. Matçın 16-cı dəqiqəsində “Çelsi”nin gənc ulduzu Estevao London təmsilçisini önə çıxarıb. Lakin “Qarabağ”ın cavabı çox gecikməyib, 29-cu dəqiqədə Leandro Andrade möhtəşəm zərbə ilə hesabı bərabərləşdirib.

Cəmi 10 dəqiqə sonra Marko Yankoviç meydanı coşdurub, onun zərbəsindən sonra tablo 2:1 olub. Lakin ikinci hissənin əvvəlində “Çelsi”nin yarımmüdafiəçisi Alejandro Qarnaço epizoddan yararlanaraq yenidən bərabərlik gətirib – 2:2.

Bu nəticədən sonra “Çelsi” 4 oyundan 7 xal toplayaraq qrupda 10-cu, “Qarabağ” isə 12-ci pillədə qərarlaşıb. Turnir cədvəlinin zirvəsində isə 12 xalla Almaniyanın “Bayern Münhen” komandası yer alır.

Tahir Turan
Globalinfo.az

Paylaş: