Türkiyənin məşhur aktyorlarından Engin Çağlar yol qəzasında həlak olub.
Globalinfo.az xəbər verir ki, 85 yaşlı aktyoru İstanbulda yolu keçməyə çalışarkən motosiklet vurub.
O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Çağlar “Yeşilçam”ın usta aktyorlarından hesab edilir. O, “Qadın deyil, baş bəlası”, “Kınalı yapıncak”, “Fəridə”, “Makber” kimi bir çox filmdə rol alıb.
Əliyar Xəlil
Globalinfo.az