Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi – FOTO

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi - FOTO

Qurban Pirimov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin edilib.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.

    Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

    Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi.

    Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib.

    Xatırladaq ki, o, Azərbaycanın ilk Xalq artisti, tarzən Quban Pirimovun nəvəsidir.