WhatsApp Image 2023 02 08 at 18.17.40 1

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən sonra Azərbaycan Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Bu gün də Bakının müxtəlif ünvanlarında Türkiyədəki zəlzələdə zərər çəkmiş insanlar üçün yardımlar toplanır. Yardımların artıq Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirilməsi barədə müraciət edilib.

Belə ki, Türkiyə və türk xalqı üçün Azərbaycan xalqının fədakarlığı davam eləyir.  Azərbaycan xalqı, xüsusən də paytaxt Bakıda əhali iki gündür ayaqdadır.

Vətəndaşlar yardımlarını Türkiyəyə çatdırılması üçün toplama məntəqələrinə gətirməkdə davam edirlər. Bu Türkiyəyə, türk xalqına olan sevginin göstərisidir.

Globalinfo.az prosesi əks etdirən bugünkü gündən olan videogörüntüləri təqdim edir:

WhatsApp Image 2023 02 08 at 18.17.33

 

 

Paylaş: