Monqolustan Baş naziri Qombjavyn Zandanşatar istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb .
Bildirilib ki, Zandanşatar 2025-ci ilin iyun ayından baş nazir vəzifəsində çalışıb.
“Onun istefası vəzifəyə gəldikdən cəmi dörd ay sonra baş verib”, – deyə əlavə olunub.
Qeyd edək ki, bundan əvvəl Fransanın Baş naziri Sebastian Lekornu istefa vermişdi. O, təyinatından bir ay keçməmiş bu addımı atmışdı.
Əliyar Xəlil
Globalinfo.az