
DÇ seçmə mərhələsi çərçivəsində Azərbaycan–Ukrayna qarşılaşması başa çatıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycan millisi 1-2 hesabı ilə məğlub olub.
***00:37
Ukrayna növbəti dəfə millimizin qapısından top keçirdi.
Globalinfo.az xəbər verir ki, 88-ci dəqiqədə Voloşin Azərbaycan qapısına zərbə vursa da, qayda pozuntusu səbəbindən qol hesaba alınmayıb.
***00:09
Polşada baş tutan Azərbaycan–Ukrayna qarşılaşmasında Ukrayna bir hesabla irəli keçib.
Globalinfo.az xəbər verir ki, oyunun 64-cü dəqiqəsində Malinovski hesabı irəli aparıb.
Azərbaycan 1 – 2 Ukrayna
***23:48
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna qarşılaşmasında ikinci hissə başlayıb.
Globalinfo.az xatırladır ki, komandalar ilk fasiləyə bərabər hesabla yola düşüblər.
***23:34
Azərbaycan–Ukrayna qarşılaşmasında millimizdən ilk qol sevinci.
Globalinfo.az xəbər verir ki, oyunun ilk hissəsində əlavə vaxtda (45+3*) Nəriman Axundzadənin qolu ilə hesab bərabərləşib.
Azərbaycan 1 – 1 Ukrayna
***23:16
Azərbaycan–Ukrayna qarşılaşmasında hesab açıldı.
Globalinfo.az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində Oleksiy Hutsulyakın qapımıza zərbəsi ilə Ukrayna irəli keçib.
***22:49
Xəbər verdiyimiz kimi, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, oyun Polşada “Krakoviya” stadionunda keçirilir.