DÇ seçmə mərhələsi çərçivəsində AzərbaycanUkrayna qarşılaşması başa çatıb. 

Globalinfo.az xəbər verir ki, Azərbaycan millisi 1-2 hesabı ilə məğlub olub.

***00:37

Ukrayna növbəti dəfə millimizin qapısından top keçirdi. 

Globalinfo.az xəbər verir ki, 88-ci dəqiqədə Voloşin Azərbaycan qapısına zərbə vursa da, qayda pozuntusu səbəbindən qol hesaba alınmayıb.

***00:09

Polşada baş tutan AzərbaycanUkrayna qarşılaşmasında Ukrayna bir hesabla irəli keçib.

Globalinfo.az xəbər verir ki, oyunun 64-cü dəqiqəsində Malinovski hesabı irəli aparıb.

Azərbaycan 1 –  2 Ukrayna

***23:48

DÇ-2026-nın seçmə mərhələsində AzərbaycanUkrayna qarşılaşmasında ikinci hissə başlayıb. 

Globalinfo.az xatırladır ki, komandalar ilk fasiləyə bərabər hesabla yola düşüblər.

***23:34

AzərbaycanUkrayna qarşılaşmasında millimizdən ilk qol sevinci. 

Globalinfo.az xəbər verir ki, oyunun ilk hissəsində əlavə vaxtda (45+3*) Nəriman Axundzadənin qolu ilə hesab bərabərləşib.

Azərbaycan 1 – 1 Ukrayna

***23:16

AzərbaycanUkrayna qarşılaşmasında hesab açıldı. 

Globalinfo.az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində Oleksiy Hutsulyakın qapımıza zərbəsi ilə Ukrayna irəli keçib.

***22:49

Xəbər verdiyimiz kimi, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb. 

Globalinfo.az xəbər verir ki, oyun Polşada “Krakoviya” stadionunda keçirilir.

Paylaş: