silva scaled

“Real” klubu Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva ilə müqavilə imzalayıb.

Globalinfo.az xəbər verir ki, müqavilə 2 illik müddətə bağlanıb.

Razılaşmanın maliyyə şərtləri açıqlanmır.

Qeyd edək ki, portuqaliyalı futbolçunun son klubu “Mançester Siti” olub.

O, 2017-ci ildən bu klubda çıxış edirdi. “Şəhərlilər”lə birlikdə o, 6 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının qalibi olub və UEFA Superkubokunu qazanıb.

11 iyun tarixində “Real Madrid” rəsmi olaraq portuqaliyalı Xose Mourinyonun baş məşqçi təyin olunduğunu açıqlayıb.

63 yaşlı mütəxəssislə klub arasında 3 illik müqavilə imzalanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: