NATO Rusiya ilə sərhəddə pilotsuz təyyarələrə qarşı hərbi təlimlər keçirə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
“Alyans daxilində dron insidentləri əleyhinə daha iddialı cavablar müzakirə edilir. Variantlardan biri NATO-nun Rusiya ilə sərhəddə, xüsusən də sərhədin daha ucqar və mühafizə olunmayan ərazilərində hərbi təlimlər keçirməsidir”, – nəşr yazıb.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı (Aİ) şərq sərhədi boyunca “dron divarı” yaratmaq niyyətini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az