thumbs b c 4520aac7c77f75767f645756e9b42c25

“Əfqanıstan Baqram aviabazasını ABŞ-a qaytarmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Taliban sözçüsü Zabihullah Mücahid deyib.

“Əfqanlar heç vaxt, heç bir şəraitdə öz torpaqlarının kiməsə təhvil verilməsinə icazə verməyəcəklər”, – o bildirib.

Qeyd edək ki, sentyabr ayında ABŞ Prezidenti Donald Tramp Əfqanıstanda Baqram aviabazasını geri qaytarmaq istədiyini demişdi.

O bildirmişdi ki, sözügedən yer Çinə yaxın olduğuna görə vacibdir .

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: