Ötən gecə Rusiya silahlı qüvvələri Ukraynanın enerji sektoruna kütləvi zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life SHOT” məlumat yayıb.
“Zərbələr Odessa, Lvov, İvano-Frankovsk, Sumi, Xmelnitski vilayətləri və Zaporojjyadakı enerji obyektlərinə dəyib. Lvovda 25-ə yaxın partlayış törədilib, güclü yanğınlar qeydə alınıb, şəhərin bir hissəsi işıqsız qalıb. İlkin məlumatlara görə, hava limanı yaxınlığında silah anbarları, dəmir yolları dağıdılıb”, – deyə bildirilib.
Bundan əlavə, KİV-in məlumatına görə, Rusiya qoşunları Sumı bölgəsindəki dəmir yolu infrastrukturunu hədəfə alıb:
“İvano-Frankovsk vilayətində Burştinska İES və Vinnitsa vilayətində Ladıjinska İES-ə ziyan dəyib”.
Oktyabrın 5-də səhər saatlarında Ukraynanın “Obşçestvennoye” və “RBC-Ukrayna” nəşrləri Lvovda silsilə partlayışların baş verdiyini bildiriblər. Daha sonra yerli sakinlərdən mənzillərini tərk etməməyə çağırılıb. Lvov meri Andriy Sadovyi hava hücumundan müdafiə sistemlərinin işlək vəziyyətdə olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az