owl detail 620 4b2cfb25d82c91a16dd3eea8e9620519

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə fəaliyyət göstərən xarici agentlərin tam şəkildə zərərsizləşdiriləcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu fikri paytaxt Tbilisidə Prezident sarayı yaxınlığında baş verən etirazları şərh edərkən səsləndirib.

“Bu siyasi qüvvə, bu xarici agent tamamilə zərərsizləşdiriləcək. Onların artıq Gürcüstan siyasətində iştirakına icazə verilməyəcək”, – Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, Atoneli küçəsindəki qarşıdurmalar cinayət tərkibli hadisə hesab olunur. O həmçinin qeyd edib ki, etirazlar zamanı yaralanan polislərdən birinin vəziyyəti ağırdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: