8 ölkə ABŞ Prezidenti Donald Trampın Qəzza planı ilə bağlı birgə bəyanata imza atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
“Bu sırada Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misir yer alıb. Ölkələrin xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın 20 bəndlik təklifini alqışlayıblar. Bildirilib ki, sözügedən plan sülhə gedən yolda mühüm addımdır və ABŞ ilə tərəfdaşlıq önəmlidir”, – əlavə edilib.
Qeyd edək ki, sözügedən hərtərəfli razılaşma Qəzzaya adekvat humanitar yardımın fasiləsiz çatdırılmasını, fələstinlilərin köçürülməməsini, girovların azad edilməsini, Qəzzanın yenidən qurulmasını və iki dövlətli həll yoluna əsaslanan ədalətli sülh yolunun qurulmasını əhatə edir.
Əliyar Xəlil
Globalinfo.az