68cabf4fa0fc368cabf4fa0fc4175811771121566b1667ce7e539bc1b08e3358e6a3

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-a səfər edəcək.

Globalinfo.az “İnterfaks-Ukrayna“ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy məlumat verib.

Tixiy brifinqdə bildirib ki, Ukrayna Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra tədbirlərə hazırlaşır və bu tədbirlərdə Ukrayna lideri də iştirak edəcək.

Sözçü xatırladıb ki, bu il Ukrayna BMT Baş Assambleyasının yüksək səviyyəli seqmenti çərçivəsində 5-ci Beynəlxalq Krım Platforması Sammitinin keçirilməsinə hazırlaşır.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda yüksək səviyyəli iclasının keçirilməsi də nəzərdən keçirilir.

Paylaş: