68c466e50ec6c68c466e50ec6d175770186168c466e50ec6a68c466e50ec6b

Avropa İttifaqı Rusiyaya qarşı bütün sanksiyalar paketinin müddətini daha altı ay uzadıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Şurası məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər 2026-cı il martın 15-dək qüvvədə qalacaq.

“Bu gün Şura qərara aldı ki, məhdudlaşdırıcı tədbirlər daha 6 ay, yəni 2026-cı il martın 15-dək uzadılsın”, – açıqlamada deyilir.

Qeyd olunur ki, sanksiyalar əvvəlki kimi 2 500-dən çox fiziki və hüquqi şəxsə şamil olunacaq. Yalnız bir fiziki şəxsin sanksiyalardan azad edildiyi qeyd olunur, həmin şəxsin kimliyi açıqlanmır.

“Sanksiyaların gözdən keçirilməsi kontekstində şura məhdudiyyətlərin bir fiziki şəxsə qarşı uzadılmaması barədə qərar qəbul edib və bir nəfər vəfat etmiş şəxs də siyahıdan çıxarılıb”, – sənəddə deyilir.

Paylaş: