“Polşa qoşunlarını Belarusla sərhədə köçürür”.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus telekanalı məlumat yayıb.
“Polşa dəmir yolu da daxil olmaqla, sərhəd keçidlərinin bağlanması elan edildikdən sonra Belarusla sərhədə qoşun yeridir”, – deyə bildirilib.
İddialara görə, Polşa tərəfi Zapad 2025 təlimləri ilə əlaqədar sərhədi gücləndirir.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.
Əliyar Xəlil
Globalinfo.az