“Ermənistan Azərbaycanın sülh təklifinə müsbət yanaşmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə bildirib.
“Biz Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasındakı dəstəyinə görə Türkiyəyə təşəkkür edirik. Türkiyənin son illər müdafiə sənayesindəki uğurları bizi sevindirir”, – Zakir Həsənov vurğulayıb.














