3890224c 23ac 3994 a3ff 9151861315af 825

Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Azəriqaz İB” Sumqayıt QİS-dən məlumat verilib.

Belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Paylaş: