“Hindistan Amerika mallarına tətbiq edilən tarifləri “sıfıra” salmağı təklif edib. Ancaq qərar illər əvvəl verilməli idi”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“İndiyədək Hindistan bizə digər ölkələrlə müqayisədə daha yüksək tariflər tətbiq edib. Bizim bizneslərimiz Hindistana satış edə bilməyib. Bu, birtərəfli fəlakət olub. İndi onlar öz tariflərini sıfıra endirməyi təklif ediblər, lakin artıq gecdir. Onlar bunu illər əvvəl etməli idilər”, – Tramp vurğulayıb.
Əliyar Xəlil