“Rusiyadan gələn təhdidlərə görə qadınların hərbi xidmətə cəlb olunma ehtimalını istisna etmirik”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz deyib.
“Əgər könüllü hərbi xidmətin yeni modeli yetərli deyilsə, o zaman biz məcburi hərbi xidmətə qayıtmaq mexanizmini hazırlamalı olacağıq. Burada da qadınların hərbi xidmətə çağırılması istisna edilmir”, – deyə o bildirib.
Eyni zamanda Merz qeyd edib ki, hazırda ölkə konstitusiyası qadınların hərbi xidmətə çağırılmasına icazə vermir, ona görə də zərurət yaranarsa, düzəlişlər edilməli olacaq.
Əliyar Xəlil
Globalinfo.az