Cin v%C9%99 ABS

ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin jurnalistlərinə qarşı yeni vizə məhdudiyyətləri tətbiq etməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Yeni qaydalara görə, Çin jurnalistlərinin ABŞ-da qalma müddəti 90 günlə məhdudlaşdırılacaq, yalnız uzadılma imkanı nəzərdə tutulacaq. Digər ölkələrin jurnalistləri üçün isə bu müddət 240 gün olacaq. Bu dəyişiklik mövcud qaydanı ləğv edəcək – hazırda jurnalistlər ezamiyyətlərinin sonunadək ölkədə qala bilirlər.

Təklif ictimai müzakirə üçün 30 günlük dövrə çıxarılacaq.

Qeyd edək ki, ABŞ bundan əvvəl də Çin rəsmilərinə qarşı vizə məhdudiyyətləri tətbiq etmişdi.

Paylaş: