rusyada askere cagrilma yasi yukseltildi cagrilanlarin yurt disina cikmalari yasaklandi caao

Rusiya hökuməti hərbi xidmətə çağırış qaydalarında düzəlişlər edib. 

Globalinfo.az xəbər verir ki, yeni qaydalara əsasən, çağırışçının hərbi hissəyə göndərilməsi barədə qərar artıq iki çağırış kampaniyası üçün – bir il müddətinə qüvvədə olacaq.

Məlumat normativ hüquqi aktlar portalında dərc olunub. Sənədə görə, əgər çağırışçı yaz və ya payız mövsümündə hansısa səbəbdən hərbi hissəyə göndərilməzsə, qərar qüvvəsini itirməyəcək və növbəti çağırış kampaniyasında icra oluna biləcək.

Xatırladaq ki, iyul ayında Rusiya Prezidenti Vladimir Putin ölkədə hərbi xidmət qaydalarını aydınlaşdıran fərman imzalayıb. Həmin fərmana əsasən, xarici ölkə vətəndaşı olan hərbi qulluqçular yalnız fövqəladə və ya hərbi vəziyyət zamanı deyil, həm də səfərbərlik dövründə tapşırıqları yerinə yetirə biləcəklər.

Tahir Turan

Globalinfo.az

Paylaş: