orxan huseynzade 1

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi barədə Sərəncam imzalayıb. İcra başçısı işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət alıb.

Globalinfo.az oxu.az-a istinadən şiddətli töhmət alan icra başçısının dosyesini təqdim edir:

Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2023-cü ildən York (İngiltərə) və Strasburq (Fransa) universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirir.

2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, 2012-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında, 2018-ci ildən 1 noyabr 2024-cü il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 1 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

23 iyun 2020-ci il tarixində “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Paylaş: