kreml 1

Rusiya ordusu payız və qış aylarında müharibə zonasında hücumlarını davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.

“Hava şəraitinin dəyişməsi ilə bağlı dayanmamalıyıq. Məqsədimiz zirehli texnikadan, ərazinin relyefindən istifadə etməklə verilən tapşırıqları yerinə yetirməkdir”, – o bildirib.

Yuri Şvıtkin qeyd edib ki, Rusiya üçün əsas vəzifə öz ərazilərinin təhlükəsizliyini təmin etməkdir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı “aktiv əməliyyatlar” elan etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: