Fərid Zeynalov vəzifəsindən getdi – Yeni təyinat

Fərid Zeynalov vəzifəsindən getdi - Yeni təyinat

Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib. 

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir Anar Əliyev müvafiq imzalayıb.

Fərid Zeynalov vəzifəsindən getdi - Yeni təyinat

Fərid Zeynalov

Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib. ETX sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqust ayında ETX-nin rəisi təyin edilmişdi.

Fərid Zeynalov vəzifəsindən getdi - Yeni təyinat

Samir Rəsulov 

1985-ci ildə Bakı şəhərində anadan olmuş Fərid Zeynalov hazırkı vəzifəsinə qədər DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. O, 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.