1736768934 112924ef295d9b4b494686b1f914136aa9971e

İran Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıb.

O bildirib ki, Cənubi Qafqaz siyasi, iqtisadi və geosiyasi baxımdan İran, regional dövlətlər, xüsusilə də Rusiya üçün mühüm əhəmiyyət daşıyır:

“Biz bölgədəki hadisələri diqqətlə müşahidə edirik, məsələlərə nə sadəlövh yanaşırıq, nə də kiçik hesab edirik. Əsas narahatlıq yaradan məsələ xarici qüvvələrin bölgəyə müdaxiləsidir. Regiondankənar qüvvələrin müdaxiləsi və hərbi iştirakı bizim üçün qırmızı xətdir. Belə bir prosesin faydalı olmadığını düşünürük və bunun bölgədə geosiyasi çətinlikləri artırdığı qənaətindəyik”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: